Kiçik bizneslər üçün müştəri ehtiyaclarını anlamaq və sektor meyllərini qabaqlamaq böyümək üçün çox vacibdir. Sosial media dinləmə alətləri bu istiqamətdə bir sıra üstünlükləri təmin edir:
Müştərilərin markanız və məhsullarınız haqqında nə düşündüklərini anlayın.
Sektorunuzdakı ən son trendlərdən xəbərdar olun.
Rəqiblərinizin fəaliyyətlərini və strategiyalarını izləyin.
Mənfi əhval-ruhiyyə və ya potensial PR problemlərini tez müəyyənləşdirin və həll edin.
Hədəf auditoriyanızın üstünlükləri və rəyləri əsasında rezonans doğuran məzmun hazırlayın.
Platformium Azərbaycan dilini dəstəkləməsi və tam anlaması ilə yerli bazarda həm avtomatlaşdırılmış, həm də bizneslər üçün tam dəstək təklif edən yeganə sosial media dinləmə alətidir. Digər alətlərdən fərqli olaraq, Platformium sosial media hesablarınızda yazılmış bütün müştəri fikirlərini, emosiyalarını dərindən anlayır və sizə uyğun hazırlanmış mətn və yanaşma təklifləri edir.
Hootsuite güclü sosial media dinləmə funksiyaları təklif edən məhşur sosial media idarəetmə alətidir. Bu, bizneslərə bir idarəetmə paneli vasitəsilə birdən çox sosial media kanalını izləməyə imkan verir. Hootsuite-in dinləmə alətləri müştərilərin əhval-ruhiyyəsi və sektor tendensiyaları haqqında dəyərli məlumat verməklə brend qeydlərini, açar sözləri və rəqibləri izləməyə kömək edir.
Brandwatch güclü analitika və hesabat xüsusiyyətləri təklif edən çox istiqamətli sosial media dinləmə alətidir. Bu, bizneslərə müxtəlif sosial media platformaları, bloqlar, forumlar və xəbər saytları arasında olan danışıqları izləməyə imkan verir. Brandwatch-un təkmilləşdirilmiş emosiya analizi kiçik bizneslərə müştərilərin onların brendləri haqqında nə hiss etdiklərini anlamaları istiqamətində dəstək göstərir.
Sprout Social kiçik bizneslərə sosial media dinlənilməsi imkanı yaradan vasitələrdən biridir. O, sosial media söhbətləri haqqında ətraflı məlumat verməklə bizneslərə müştəri seçimlərini və sektor meylləri anlamağa kömək edir. Sprout Social-ın intuitiv interfeysi və güclü analitikası onu kiçik biznes sahibləri üçün əla seçimə çevirir.
Mention real vaxt rejimində monitorinq və insaytlar təklif edən sosial media dinləmə vasitəsidir. Bu, bizneslərə sosial media platformaları, bloqlar, forumlar və s. üzrə brend etiketlərini, açar sözləri və sektor meyllərini izləməyə imkan verir. Mention-un real vaxt bildirişləri kiçik bizneslərə müştərilərin rəylərinə və yaranan tendensiyalara tez cavab verməyə kömək edir.
Awario sosial media platformalarında və internet üzərində olan brend etiketlərini, açar sözləri və rəqibləri izləməyə kömək edir. Awario-nun emosiya analizi və trend aşkarlama imkanları marketinq strategiyalarını formalaşdırmaq üçün dəyərli insaytlar təqdim edir.
Kiçik biznesiniz üçün sosial media dinləmə aləti seçərkən aşağıdakı amilləri nəzərə alın:
Lazımi xüsusiyyətləri büdcəniz daxilində təklif edən aləti seçin.
Müştərilərinizin əsasən hansı dildə fikirlərini bildirdiklərini, buna əsasən emosiyaların təkmilləşdirilmiş şəkildə analiz edilməsi kimi sizə lazım ola biləcək xüsusiyyətləri təklif edən aləti seçin.
Naviqasiyası və istifadəsi rahat interfeysə malik aləti seçin.
Biznesinizlə birlikdə inkişaf edə və gələcək ehtiyaclarınıza cavab verə biləcək aləti seçin.
Sosial media dinlənilməsi rəqabətə davamlı qalmaq və müştəriləri ilə effektiv əlaqə qurmaq istəyən kiçik bizneslər üçün vacib bir təcrübədir. Doğru sosial media dinləmə alətindən istifadə edərək, marketinq kampaniyalarınızı və strategiyalarınızı formalaşdıracaq dəyərli məlumatlar əldə edə bilərsiniz. Platformium, sizə yuxarıdakı alətlərin hər birinin ayrı-ayrılıqda təklif etdikləri özəllikləri bir platforma vasitəsilə təklif edir. Bundan əlavə olaraq, xarici alətlərin Azərbaycan dilini anlamaması və lokal dataların emalı zamanı eyniadlı xarici şirkət adları ilə qarışdırıla bilməsi kimi xüsusiyyətlər Platformiumda aradan qaldırılmışdır. Bugün sosial mediaşya sərmayə qoyun və kiçik biznesinizin rəqəmsal inkişafını izləyin.