Çünki Platformium sosial media üzərində brendiniz haqqında yazılan bütün fikirləri bir araya toplayaraq, analiz edir və fikirlərdəki emosiyaları sizə təqdim edir. Beləliklə də, siz paylaşımlarınız üzrə müştərilərin brendiniz haqqında hansı emosiyada (müsbət, neytral, mənfi) olduqlarını anlayırsınız.
Platformium sizə fikirlər, mövzular və müştərilər üzrə emosiya analizlərini təqdim edir. Beləliklə siz, həm yazılmış fikirlər, həm seçilmiş mövzular, həm də müştəri kateqoriyaları üzrə emosiya analizlərini izləyə bilirsiniz.
Fikirlər üzrə emosiya analizi seçdiyiniz sosial media kanalı, tarix və kateqoriya (rəy və ya etiket) üzrə müştərilərin yazdıqları bütün fikirlərin emosiyalar üzrə analiz edilərək təqdim edilməsidir.
Mövzular üzrə emosiya analizi ümumi müştəri fikirlərinin xüsusi mövzular üzrə kateqoriyalaşdırılması və beləliklə də sizin, hər bir mövzu və ya xidmət üzrə müştəri fikirlərini öyrənməyinizdir. Bu funksionallıq vasitəsilə siz, müştərilərin ən çox fikir bildirdikləri yönlərinizi daha detallı izləyə bilirsiniz.
Platformium digər alətlərdən fərqli olaraq Azərbaycan dilini detallı şəkildə anlayıb analiz edə bilir və bu funksionallığı tam avtomatlaşdırılmış şəkildə istifadəçi interfeysinə ötürür. Beləliklə siz, bütün məlumatlarınıza istənilən vaxt və yerdə nəzarət edə bilirsiniz.